Riqada ermənilər yenə Rusiyanı satdılar
Yerevan və Minsk daha əvvəl bildirirdilər ki, əgər yekun bəyanatın mətnində Krımın ilhaqını pisləyən ifadə qalsa, onu imzalamayacaqlar. Kompromis kimi bəyannamənin mətnində bu iki ölkənin BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı məhz bu ifadənin əleyhinə olmaları xatırladılacaq.
“Avropa İttifaqı (Aİ) aprelin 27-i Aİ – Ukrayna sammitində birgə səsləndirilən Krım və Sevastopolun qanunsuz ilhaqına dair mövqeyini bir daha təsdiqləyir. Sammit iştirakçıları Baş Assambleyanın Ukraynanın ərazi bütövlüyünə dair 68/262 nömrəli qətnaməsinə dair mövqeyinə bir daha sadiq qaldıqlarını ifadə edirlər”, - deyə Bəyannamə layihəsinin hazırkı mətnində bildirilir.
Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi Minsk və İrəvanın bəyannaməyə dair mövqeyini şərh edib. O, vurğulayıb ki, Krımın anneksiyası “bütün dünya tərəfindən tanınır”. Əgər Belarus bunu qəbul etmək üçün kifayət qədər qətiyyətli deyilsə, onda bu, Aİ-nin yox, məhz Belarusun problemidir”.
Avropa Parlamentinin Almaniyadan olan üzvü Elmar Brok bəyan edib ki, Ermənistan prezidenti Serj Sarkisyan ruslar tərəfindən inanılmaz təhdid altındadır. Onun sözlərinə görə, əgər Ermənistan Rusiyanın dəstəyindən məhrum olsa, o zaman Qarabağ münaqişəsini Azərbaycan udacaq.
Polşalı avrodeputat Yatsek Sariuş-Volskiy xatırladıb ki, Krımla, Donbasla birgə suveren Ukrayna dövlətinin ərazisi təcavüzə məruz qalıb, onun bir hissəsini üçüncü ölkə - Rusiya anneksiya edib.
Bunlar, əlbəttə, Ermənistana haqq qazandırmaq cəhdidir. Amma əslində bu addım Erməni xislətini bir daha ortaya qoyur: onlar üçün müttəfiqlər yoxdur. İstənilən an hətta Rusiya kimi hər şeylərini borclu olduqları müttəfiqi belə, sata bilərlər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: