Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalayıb - Yenilənib

Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalayıb - Yenilənib
  22 May 2015    Oxunub:2969
***
Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalayıb.

Latviyanın paytaxtı Riqa `Şərq Tərəfdaşlığı` sammitinin yekun qətnaməsi imzalanıb. AzVision.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Qjeqoj Shetina bildirib.

“Qətnamə imzalanıb və bu əsasdır”, – deyə Shetinə bildirib.

O, vurğulayıb ki, Riqa sammitinin qətnaməsini Azərbaycanda imzalayıb: “Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir”.

***
Daha əvvəl Azərbaycanın Riqa sammitinin yekun bəyənnaməsini imzalamaqdan imtina etdiyi bildirilirdi.

Bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib. Onun sözlərinə görə, qətnamə " bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq".

Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək, informasiyanı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnaməni bu şəkildə qəbul olunmasına, o cümlədən Krımın ilhaqı məsələsi ilə razılaşmayıblar".

**
Azərbaycan hələ ki, Avropa Birliyinin Riqa şəhərində keçirilən `Şərq Tərəfdaşlığı` sammitinin yekun bəyanatını imzalamaqdan imtina edir.AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şults bəyan edib.

“Deyəsən belədir. Mənim bu barədə məlumatım yoxdur. Lakin səhər və indi danışıqlar gedib. Məhz Azərbaycan sənədi imzalamaqdan imtina edir”, - deyə Şults bu ölkənin nümayəndə heyətinin sənədi imzalamaqdan imtina etməsi barədə sualı cavablandırarkən bildirib.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti