Mətanətdən ANS-ə cavab: “Vecimə də deyil..”

Mətanətdən ANS-ə cavab: “Vecimə də deyil..”
  22 May 2015    Oxunub:10555
Haqqımda kim nə istəyir yazsın, nə istəyir desin. Vecimə də deyil”.
Bunu AzVision.az-a açıqlamasında Ans TV-nin “vurduğu” tanınmış jurnalist, ATV-nin “Gündəlik” verilişinin aparıcısı Mətanət Əlverdiyeva deyib.

Ans-də haqqında efirə gedən tənqid dolu sujetə münasibət bildirmək istəməyən Mətanət həmkarı Ləman Ələşrəfqızının fikrini vecinə almadığını bildirib: “Qoy, nə deyirlər desinlər. Heç kimə cavab verməyəcəyəm. Nə istəyirlər danışsınlar, yazsınlar. Mən çox müsbət insanam. Ona görə də onlara fikir verməyəcəyəm. Allah bilən məsləhətdir”.

Qeyd edək ki, ötən gün ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızı ATV-nin məşhur aparıcısı Mətanət Əlverdiyeva haqqında tənqidi materail hazırlayıb.

L.Ələşrəfqızı öz süjetində “təhqir varsa, gərək üzr istəmək mədəniyyəti də olsun. Sənsə bunu istəmədin. Çalışdığın kanal da yanlış olaraq bu səhv mövqeyi müdafiə elədin”-deyərək aparıcı Mətanətin yanğınla bağlı fikirlərini tənqid edib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti