Obama İŞİD-dən danışdı

Obama İŞİD-dən danışdı
  22 May 2015    Oxunub:1727
ABŞ prezidenti Barak Obama İŞİD terror təşkilatının İraqın Rəmadi vilayətini ələ keçirməsindən danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bildirib ki, ABŞ İŞİD-ə qarşı müharibəni uduzmayıb, bu sadəcə taktiki geriləmədir:

“Düşünmürəm ki, uduzmuşuq. Rəmadi vilayətində uzun müddətdir nə bizim təlim keçdiyimiz qüvvələr, nə də İraqın özünün təhlükəsizlik qüvvələri olmadığına görə oranın müdafiəsi zəif idi. Eyni zamanda bunun taktiki geriləmə olduğuna da şübhəm yoxdur”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti