“Android” bazarı tutur

“Android” bazarı tutur
  30 May 2013    Oxunub:1413
“Gartner” şirkətinin hesablamalarına görə, smartfon bazarında “Android” əməliyyat sistemli telefonların payı 75%-ə çatıb.
İlin ikinci rübündə dünyada 426 milyon mobil telefon satılıb. Bu, birinci rüblə müqayisədə 0,7% çoxdur. Satılan telefonların 210 milyonu smartfon olub. Onların satışı ötən illə müqayisədə 42,9% artıb.

Bazarın lideri Samsung şirkətidir. O, bu il ərzində 100,7 milyon telefon satıb. Bazarın 23,6%-i Samsung-a məxsusdur.
İkinci yerdə 14,8% payla Nokia gəlir. Fin şirkəti 63,2 milyon telefon sata bilib.
Üçüncü yerdə Apple gəlir. 38,3 milyon aparat satan bu şirkət bazarın 9,0%-nə nəzarət edir.
İlk beşlikdə Koreyanın digər bir şirkəti olan LG Electronics də var.

AzVision.az


Teqlər:  





Xəbər lenti