"Traktorsazi" tək Azərbaycana aid deyil - Ruhani
O qeyd edib ki, "Traktorsazi" sadəcə, Azərbaycana və Təbrizə aid deyil, bütün İranın komandasıdır: "Hamımız bu komandanı çempion görmək istəyirdik. Heç kim İranın, eyni zamanda Azərbaycan və Təbriz xalqının hissləri ilə oynaya bilməz. Bu olayda günahkar olan varsa, heç şübhəniz olmasın, hökumət onun cəzalandılırmasında tərəddüd etməyəcək".
Qeyd edək ki,futbol üzrə İran çempionatının sonuncu turunda Təbrizin “Traktorsazi” klubu Tehran təmsilçisi “Naft”nı qəbul edib. Qələbə qazanacaqları halda təbrizlilər İran çempionu olacaqdı. Mütəxəssislərin dediyinə görə, hakimin və uyğun qurumaların saxtakarlığı nəticəsində "Traktorsazi" çempionluqdan məhrum edilib.
Oyundan sonra komandanın tərəfdarları baş verənlərə görə etiraz aksiyası keçiriblər.(Report)