Ermənistandan Azərbaycana “Olimpiya barışığı”

Ermənistandan Azərbaycana “Olimpiya barışığı”
  21 May 2015    Oxunub:3928
Ermənistan Silahlı Qüvvələri Bakıda keçirilən ilk Avropa Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməməsi üçün əlindən gələni edəcək.
AzVision.az məlumatına görə, bu barədə “Tert.am” saytına müsahibəsində Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan bildirib.

“Bakıda ilk Avropa oyunları keçiriləcək və Ermənistan Silahlı qüvvələri oyunların bitməsinə qədər öz təmkinliyini qoruyacaq. Biz hazırda da təmkinlik nümayiş etdiririk, cəbhədə vəziyyəti gərginləşdirmirik”, - deyə nazir müavini vurğulayıb.

Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Yarışlarda erməni idmançılarının da iştirak edəcəyi bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti