Bin Ladenin məxfi məktubları

Bin Ladenin məxfi məktubları
  21 May 2015    Oxunub:1666
ABŞ hökuməti 2011-ci ildə Pakistanda ABŞ hərbi qüvvələrinin Əl-Qaidə lideri bin Ladenin qətlə yetirildiyi reyd zamanı əldə edilmiş bir sıra sənədləri açıqlayıb.
Milli Kəşfiyyat Direktorunun ofisi bildirib ki, sənədlərin açıqlanması qərarı ABŞ hökumət agentlikləri tərəfindən ciddi şəkildə nəzərdən keçirilməsi və keçən il qanun layihəsinin qəbul edilməsindən sonra verilib. Kəşfiyyat direktorunun sözçüsünün bildiriyinə görə, sənədlər “prezidentin milli təhlükəsizlik preroqativlərilə bağlı şəffaflığın artılması çağırışlarına” uyğun olaraq açıqlanıb.

Sənədlərə bin Laden ailəsinin şəxsi yazışmaları, ingilis dilində bir neçə kitab, araşdırma mərkəzlərinin tədqiqatları, softveyer və texniki təlimatlar və militant qrup tərəfindən nəşr edilmiş bir sıra materiallar daxildir.

Bin Ladenin həyatının son illəri inkişaf etmiş texnologiyalar vasitəsilə tapılacağı ilə bağlı qorxular içində yaşadığı deyilir. O, ailə üzvlərinə ünvanladığı məktubda ABŞ agentlərinin onu tapmasına yol verməmək üçün detalları göstərişlər verib.

Bin Ladenin arvadlarından birinin İrandan qayıdandan sonra xüsusilə ehtiyatlandığı bildirilir. Mərkəzi Kəşfiyyat Agentliyinin açıqladığı məktubların birində deyilir ki, o, bəzi dinləmə qurğularının sprisin içində gizlədilə bilməsindən ehtiyat edirmiş. “Hər şeyi orada qoyub gəl, İranlılara etibar olmadığı üçün, onlar sənin özünlə götürəcəyin əşyaların arasında dinləmə qurğusu yerləşdirə bilər”-deyə Bin Laden öz arvadına tövsiyə edib ("Amerikanın səsi").


Teqlər:





Xəbər lenti