Məlumata əsasən aksiyada 100 nəfər iştirak edib. Aksiyada “Hər əsgər – mənim oğlumdur!”, “Qətllərin ədalətli istintaqını tələb edirik!”, “Əsgəri qorumaq lazımdır”, “Ordu - ətçəkən” şüarları ilə keçirilib.
İştirakçılar qeyri-müharibə şəraitində ölən əsgərlərin analarına qarşı polislərin güc tətbiq etməsini kəskin şəkildə pisləyib.
Etirazçılar həmçinin, Xüsusi istintaq komitəsini zor tətbiq etmiş polisləri məsuliyyətə cəlb etməyi tələb ediblər.
Eldar Tanrıverdiyev
Azvision.az