Prezident Egemen Bağışa vəzifə verdi

Prezident Egemen Bağışa vəzifə verdi
  20 May 2015    Oxunub:1938
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş nazir Egemen Bağışı özünə müşavir təyin edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir Ərdoğanın Avropa və xarici işlər üzrə müşaviri kimi fəaliyyət göstərəcək.

Məlumatda bildirilir ki, E.Bağışla yanaşı Taner Yıldız və Mehdi Əkər də prezidentin müşaviri olacaq.

Qeyd edək ki, əvvəllər Türkiyənin Avropa Birliyi naziri vəzifəsində çalışan Egemen Bağışın adı 2013-cü il 17-25 dekabr rüşvət və qaçaqmalıçılıq əməliyyatlarında hallanmışdı, buna görə də o vəzifəsindən istefa vermişdi.

Bir müddət isə o, Quran-i Kərimin surələri ilə lağ etdiyi səs yazısı ilə gündəmə gəlmişdi. E.Bağış “Bakara-makara” dediyi səs yazısının montaj olduğunu deyərək, onu təkzib etmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti