Qarabağ münaqişəsi alman kanalında - VİDEO

  08 May 2015    Oxunub : 1866
Qarabağ münaqişəsi alman kanalında - VİDEO
Almaniyanın “Berlin TV” kanalı Şuşanın işğal günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reportaj yayımlayıb.
AzVision.az xəbər verir ki, Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunması ilə başlayan reportajda, 28 may 1918-ci ildə Türk və müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti
elan olunduqdan sonra isə ərazilərinin böyük bir qisminin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat verilir.

Reportajda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini BaharMuradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.

Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi olduğu erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin salındıqları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb.


AzVision.az həmin reportajı təqdim edir:

Birinci hissə



İkinci hissə


Teqlər: