Rövnəq Abdullayev `Total`ın səhmlərini alır
![Rövnəq Abdullayev `Total`ın səhmlərini alır Rövnəq Abdullayev `Total`ın səhmlərini alır](https://azvision.az/photos/rovneq.jpg)
Türm mətbuatının yazdığına görə, bu yaxınlarda “Total” şirkəti Türkiyədən çıxma qərarı alıb. Bundan sonra isə SOCAR Fransa şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini almağı planlaşdırır.
Eyni zamanda qeyd olunub ki, SOCAR-la yanaşı BP şirkəti də “Total”ın yanacaqdoldurma məntəqələrini almaqda iddialıdır. Buna iddianın ortaya çıxmasına səbəb isə BP-nin bir müddət yaydığı açıqlama olub.
Açıqlamada qeyd olunub ki, BP-nin Türkiyədə yanacaqdoldurma məntəqələri var və 2 il müddətində bu rəqəm 800-ə çıxa bilər.
Sevinc İltifatqızı