Bakı-Quba yolunda ağır qəza - sürücü öldü
![Bakı-Quba yolunda ağır qəza - sürücü öldü Bakı-Quba yolunda ağır qəza - sürücü öldü](https://azvision.az/photos/659ffaa9711a.jpg)
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 06:30-da başa çatıb.
AzVision.az
Teqlər: