Bağdadi öldü - İŞİD açıqlama yaydı

İŞİD-in açıqlamasına görə ABŞ-ın təşkil etdiyi hava hücumunda yaralanan Bağdadi Suriyanın Rakka şəhərində həkimin qollarında can verib. İŞİD-in yeni lideri isə Təlafər şəhərində Səddam Məscidində elan edilib.
İraq mediasının yaydığı məlumata görə, Əbu Əla əl-Əfri ləqəbi verilən yeni “xəlifə”nin əsl adı Əbdürrəhman Mustafa əl-Şeyxlərdir. Təlafər şəhərində doğulan terrorçu lider fizika müəllimi və ilahiyyət təhsili almasına baxmayaraq, avtobus sürücüsü kimi çalışıb. 1990-cı illərdə Təlafərdə cihad idelogiyasının ilk müəllimlərindən olub və çox vaxt gizli şəkildə `Böyük Bazar` məscidində moizələr oxuyub.
2004-cü ildə ölkəsindən qaçan əl-Əfri daha sonra “əl-Qaidə” terror təşkilatına qoşulub.
Fatimə Kərimli