ABŞ-da qarşıdurma: Ermənilər azərbaycanlıya hücum etdi

Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, aksiyada bir qrup erməni azərbaycanlıya hücum edib. Əlində türk bayrağı tutaraq maşını ilə nümayişçilər arasından keçmək istəyən azərbaycanlı ermənilər tərəfindən saxlanılaraq hücuma məruz qalıb. Maşının içindəki bayrağı alan ermənilərə aksiyada iştirak edən türklər də müdaxilə edib. Nəticədə qarşıdurma yaranıb. Qarşıdurmanı yatırtmaq üçün əraziyə polis qüvvələri cəlb olunub. Hadisəyə görə hələlik kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.
Daha sonra aksiya polisin nəzarətilə axşam saatlarında başa çatıb.
Gültəkin Ələsgər
Teqlər: