Türkiyə: “Rusiya ilə münasibətlər pozulmayacaq”

Türkiyə: “Rusiya ilə münasibətlər pozulmayacaq”
  24 Aprel 2015    Oxunub:1698
Türkiyənin baş naziri Əhməd Davudoğlunun köməkçisi Yalçın Akdoğan Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirməsinə münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir müavini Putinin açıqlamasının Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcəyini deyib: “Rusiya-Türkiyə münasibətləri bununla pozulmayacaq qədər güclüdür və belə şeylərə qurban verilə bilməz”.

Roma Papası Fransiskin açıqlaması və Avropa Parlamentinin soyqırım qətnaməsini şərh edən Akdoğan bildirib ki, bunların Türkiyə üçün heç bir ciddi əhəmiyyəti yoxdur.

“İkitərəfli münasibətlərimiz yaxşı olan ölkələrin belə açıqlamalar verməyi təbii ki, xoş deyil, amma bunun praktiki qarşılığı olmayacaq. Həmçinin İstanbula 25-ə yaxın ölkə və hökumət başçısı gəlir. Onlar da Türkiyəyə dəstək olur. Türkiyə dünyada tək deyil, onun dostları bəllidir. Digərlərinə isə çox etibar etmək olmaz”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti