Fizika müəllimi İŞİD-in rəhbəri seçildi

Qeyd edək ki, daha əvvəl İŞİD rəhbəri Əbu Bakr əl-Bağdadidinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən endirdiyi aviazərbələr nəticəsində yaralandığı barədə xəbər yayılıb.
Əl-Haşimi, həmçinin bildirib ki, əgər əl-Bağdadi ölsə, Ala Afri İŞİD-ın daimi yeni lideri olacaq.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Eldar Tanrıverdiyev