“Obama bizə xəyanət etdi” – Ermənilər etiraza qalxdı

“Obama bizə xəyanət etdi” – Ermənilər etiraza qalxdı
  24 Aprel 2015    Oxunub:2345
ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı çıxışı zamanı “soyqırım” ifadəsini işlətməməsi Amerikadakı erməni diasporasının etirazına səbəb olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Erməniləri Milli Komitəsi (ANCA) Obamanı xəyanət və saymazlıqda ittiham edib: “Barak Obama prezident seçiləndən bəri, artıq 7-ci dəfədir 1,5 milyon insanın öldürülməsini Türkiyənin təhdidlərinə görə soyqırım kimi qiymətləndirmir”.

ANCA rəhbərliyi üzvləri Barak Obama və onun müavini Co Baydenə məktub yazmağa çağırıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti