“Davamlı inkişaf həlli şəbəkəsi” beynəlxalq layihənin analitikləri 2015-ci ildə dünyanın əhalisinin xoşbəxtlik səviyyəsi (World Happiness Report 2015) müəyyən ediblər.
AzVision.az xəbər verir ki, Azərbaycan reytinqdə 80-ci pilləni tutub. Ölkəmizdə “xoşbəxtlik indeksi” 5.212 olub.
Azərbaycan bu reytinqdə Gürcüstan və Ermənistanı qabaqlayıb. 4,297 indekslə Gürcüstan 130-cu, Ermənistan isə 4,350 “xoşbəxtlik indeksi” ilə siyahıda 127-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinqə əsasən 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir.

Eldar Tanrıverdiyev