Ağ evdən şok etiraf: səhvən öldürüldü

Ağ Evin sözçüsü Coş Ernestin yaydığı açıqlamada terror təşkilatı "Əl Qaidə"nin analoji olaraq 2011-2012-ci illərdə girov götürdüyü amerikalı Varren Veinstein və italyan Giovanni Lo Portonun səhvən öldürüldüyü yer alıb.
Açıqlamada deyilir ki, terror təşkilatının iki lideri Əhməd Faruqun və Mevrut Adam Gadahın orda olduğu barədə məlumat alan ABŞ ordusu əməliyyat keçirib: "Girovların orda olması barədə informasiya dəqiqləşdirilməmişdi".
Ağ Evin sözçusu Obamanın hadisəyə görə bütün məsuliyyəti üzərinə götürdüyünü və baş verən səhvin araşdırılacağını deyib. (Ans)
Teqlər: