`Biz Çanaqqalada əxlaqla mübarizə aparmışıq`- Davudoğlu

`Çanaqqalada köksünü sipər edib əziz vətən torpaqlarını müdafiə edən qəhrəmanlarımız 5 ildən sonra - 23 aprel 1923-cü ildə Qazi Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə Böyük Məclisini quraraq İstiqlal savaşını davam etdirmiş, ölkəmizi düşmənlərdən tamamilə təmizləyəndən sonra 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətini elan ediblər. Biz Çanaqqala savaşında əxlaqlı mübarizə aparmışıq, yaralı düşmənlərimizin imdadına yetişmişik. Çanaqqalada avstraliyalı və yeni zelandiyalılarla savaşmağımıza baxmayaraq, daha sonra biz o savaşdan dostluq çıxarmışıq. Çanaqqala savaşına bizə qarşı savaşmağa gələn Conilərlə, Tonilərlə Əhmədlər- Məhmədlər daha sonra necə dost oldularsa, bu gün də mərasimə gələn Conilərlə-Tonilərlə mən Məhməd oğlu Əhməd eyni şəkildə dostuq`.
I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşanmış acı hadisələrdə həyatını itirənlərə başsağlığı diləyən Əhməd Davudoğlu, Türkiyənin heç vaxt o savaşlar üzərində kin-nifrət toxumu səpmədiyini, kin-küdurət ədəbiyyatı yaratmadığını vurğulayıb: “Bu gün bəziləri, xüsusilə, üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır. Onlara demək istəyirik ki, sülh yaratmaq istəyirlərsə, kin-nifrət ədəbiyyatından vaz keçsinlər. Burada olan və ya olmayan dünya liderlərinə səslənirəm: bir daha savaşların yaşanmaması üçün kin-nifrət dilindən vaz keçib sülh yolunu tutaq. 100-cü ilində Çanaqqala ruhu bu baxımdan hamımıza örnək ola bilər və olmalıdır. Tarixdən lazımi dərsləri çıxaraq, ancaq tarix üzərindən başqalarına qarşı kin-nifrət toxumları səpməyək”.