Koçaryan “soyqırım” tədbirinə qatılmayacaq

Koçaryan “soyqırım” tədbirinə qatılmayacaq
  23 Aprel 2015    Oxunub:2080
Ermənistanın ikinci prezidenti Robert Koçaryan hazırda Ermənistanda deyil, o, xaricdə əməliyyat olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə “Tert.am” saytına açıqlamasında Koçaryanın ofisinin rəhbəri Viktor Saqomanyan bildirib.

“O, Ermənistanda deyil, sabah da burda olmayacaq və beləliklə “soyqırım”ın 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmayacaq”, - deyə Saqomanyan vurğulayıb.

Robert Koçaryanının hansı növ əməliyyat keçirməsi barədə sualı Simonyan Koçaryanın ölkəyə qayıtmasından sonra dəqiq cavablandıracağını bildirib. Onun sözlərinə görə, hələ ki, onda bu barədə müvafiq məlumat yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti