“İŞİD Rusiyanın əsas düşmənidir” – Lavrov

“İŞİD Rusiyanın əsas düşmənidir” – Lavrov
  22 Aprel 2015    Oxunub:1481
ABŞ İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının onların fəaliyyəti nəticəsində yarandığını etiraf etmək istəyir.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz İŞİD-in BMT-nin Təhlükəsizlik Şurasının terror təşkilatları siyahısına salınmasını təklif etdik. Lakin amerikalılar bundan imtina etdi. Onlar bildirdilər ki, bu ayrıca təşkilat deyil, elə həmin “Əl-Qaidə”dir”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, bu cür mövqeyin izahı olduqca asandır: “Onlar İŞİD-in İraqdakı fəaliyyətləri nəticəsində yarandığını etiraf etmək istəmirlər. “Əl-Qaidə” də zamanında ABŞ-ın fəaliyyəti nəticəsində yaranıb”.
Lavrov vurğulayıb ki, İŞİD bu gün Rusiyanın əsas düşmənidir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti