Gitara çala-çala beyni əməliyyat olundu

Gitara çala-çala beyni əməliyyat olundu
  25 May 2013    Oxunub:1726
Məşhur aktyor Bred Karter unikal beyin əməliyyatı keçirib. Əməliyyat onlayn translyasiya olunub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, əməliyyat zamanı 39 yaşlı aktyor Bred Karter sevimli musiqi alətində - gitarada ifa edib. Həkimlər onun beyninə xüsusi implant daxil edən müddətdə onun videosu çəkilib.

Karter Parkinson xəstəliyindən (beynin xroniki inkişaf edən xəstəliyi) əziyyət çəkir. 2006-cı ildə mütəxəssilər bildirmişdilər ki, xəstəlik tədricən ona musiqi alətində çalmağa mane olacaq.

Əməliyyat gedişatında elektrodları onun beynində düzgün yerləşdirmək üçün həkimlər Karterə gitarada çalmağı söyləyiblər.

Qeyd edək ki, Los-Ancelosda beyin əməliyyatının onlayn translyasiyası dünyada ilk dəfə həyata keçirilib.







AzVision.az


Teqlər:





Xəbər lenti