Rusiya yeni Qarabağ müharibəsinə qarışmayacaq – “Tam Məxfi”

Rusiya yeni Qarabağ müharibəsinə qarışmayacaq – “Tam Məxfi”
  15 Aprel 2015    Oxunub:13636
Ukrayna böhranı göstərir ki, sabiq sovet respublikalarında vəziyyət istənilən vaxt gərginləşə bilər. Böyük ehtimalla Rusiya-Ukrayna sərhədində hərbi təhlükə hələ bir neçə il qalacaq. Ona görə də bura yaxın illərdə ən təhlükəli istiqamətdir. Bundan əlavə, Abxaziya və Cənubi Osetiya istiqamətində də gərginliyin artacağı istisna edilmir. Ekspertlərin fikrincə, Gürcüstan rəhbərliyinin Abxaziya və Cənubi Osetiyanı hərbi yolla geri qaytarmaq istəyini hətta bu gün belə istisna etmək lazım deyil.

AzVision.az
-ın məlumatına görə, bu barədə Rusiyanın “Sovershenno Sekretno” (Tam məxfi) qəzeti xəbər yayıb.

Hazırda Gürcüstanın hərbi potensialı 2008-ci ilin avqustuna nisbətən çox aşağıdır. Bundan əlavə, ötən ilin noyabr ayında Rusiya və Abxaziya 2008-ci ildəki müqaviləni əvəzləyən əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında yeni saziş imzalayıblar. Müqavilənin şərtlərinə əsasən tərəflər xarici təcavüzə qarşı birgə hərbi birləşmələr yaradırlar. Hazırda isə Rusiya və Cənubi Osetiya arasında əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında sazişin üzərində işlər aparılır.

2011-ci ildə Rusiya Baş qərargahının rəisi olan Nikolay Makarov deyir ki, Rusiya üçün əsas təhlükələr sərhəddə cəmləşib. O, keçmiş sovet ölkələrində də təhlükələrin olduğunu vurğulayıb.

Hərbi politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perendciyev hesab edir ki, Minsk razılaşmalarına baxmayaraq Donbasda vəziyyət gərgin olaraq qalır. İstənilən vaxt Rusiya sülhməramlılarının olduğu Dnesteryanı regionda münaqişə hər an qızışa bilər. Cənubi Osetiya və Abxaziya münaqişələri isə zahirən həll edilmiş kimi görünür.



Perendciyev vurğulayıb ki, Rusiya müntəzəm olaraq vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsinə də cəlb oluna bilər: Azərbaycan kəşfiyyat əməliyyatları həyata keçirməyə cəhd edir və müntəzəm olaraq Ermənistan ordusunun müdafiəsindəki mövcud boşluqları yoxlayır. Bu il Dağlıq Qarabağ ətrafında zorakılıq hallarının artması müşahidə olunub ki, bu da ekspertin fikrincə son illər ərzində aparılan silahlanmanın məntiqli nəticəsidir.

Öz növbəsində isə Ermənistan tərəfi də müəyyən vaxtdan bir düşmənə öz gücünü göstərməyin vacibliyini anlayır. Bu isə atəşkəs rejimini pozur və istənilən vaxt münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ilə nəticələnə bilər. Gümrüdə Rusiyanın 5 minlik 102-ci bazası yerləşir. 2010-cu ilin avqustunda hərbi bazanın Ermənistanda qalma müddəti daha 49 il artırılıb. Qüvvədə olan sazişə əsasən Rusiya hərbçiləri Ermənistanı xarici düşmənlərdən qorumalıdırlar. Bu öhdəliklər isə Dağlıq Qarabağ ərazisinə şamil edilmir. Rusiya eyni zamanda Ermənistan və Azərbaycanla əməkdaşlıq etməklə, kifayət qədər çevik siyasət aparır. Ekspertlərin proqnozlarına görə, əgər münaqişə yalnız bu iki ölkə arasında baş versə, Rusiya açıq formada Ermənistanın tərəfindən çıxış etməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti