Baş nazir Putindən çox qazanır - 8 milyon

Baş nazir Putindən çox qazanır - 8 milyon
  15 Aprel 2015    Oxunub:2317
Rusiya prezidenti Vladimir Putinin 2014-cü illə bağlı gəlir bəyannaməsi açıqlanıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

2014-cü il ərzində Putin 7, 654 milyon rubl (159,370 manat) qazanıb.

Bununla da, Putin ötən illə müqayisədə iki dəfədən çox gəlir əldə edib. 2013-cü ildə Rusiya liderinin gəlirləri 3,6 milyon rubl (74,963 manat) olmuşdu.

Rusiya baş naziri isə 2014-cü ilin yekunlarına əsasən 8 milyon rubldan (166,580 manat) çox gəlir əldə edib. Medvedyevin gəlirləri də ötən ilə nisbətən təxminən iki dəfə artıb. Belə ki, ötən il baş nazirin gəlirləri 4,2 milyon (87,454 manat) olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti