"Bir dənə də olsun peşəkar hərbi hissəmiz olmayıb" - Erməni politoloq

   "Bir dənə də olsun peşəkar hərbi hissəmiz olmayıb"    - Erməni politoloq
  27 Sentyabr 2024    Oxunub:1057
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan hələ də ordusunu bərpa edə bilmir. Yerli media yazır ki, nəinki hərb sahəsi, sosial-iqtisadi problemlər də başa çatan müharibədən ciddi şəkildə təsirlənib.
Politoloq Vahram Atanesyan "Mamul" nəşrinə açıqlamasında deyib ki, əslində bəzi ordu məsələləri qapalı olmamalıdır: “Müdafiə ordusuna hər il nə qədər pul ayrılır? İndi deyəcəklər ki, bu hərbi sirrdir, açıqlana bilməz. Qoy onlar deyən kimi olsun. Amma belə məsələlər necə deyərlər, “qəpik-quruşla” həl olunmur axı. Təsəvvür edin ki, bizim bir dənə də olsun peşəkar hərbi hissəmiz, hətta ayrıca peşəkar hərbçilərdən ibarət bölməmiz belə yox idi.

Məğlubların matəmi: Morqlarda 88 erməni cəsədi "yatır"
Orduda cəmi 18-20 yaşlı çağırışçı əsgərlər təmsil olunurdu ki, onlar da qırx günlük “təlimdən” sonra dərhal döyüş növbəsinə göndərilirdilər. Bunlar dörd il əvvəl bu gün baş vermiş güclü düşmən hücumuna məruz qalmış uşaqlar idi. Dünyanın heç bir ölkəsi öz genofondunu belə israf etməyib".

Ekspert revanşist fikirlərini də gizlətməyib: "Müharibə bitməyib. Müharibəyə peşəkar döyüşçülər, ordu ilə hazırlaşmaq lazımdır. Amma həmişə sülhdən, əməkdaşlıqdan, mehriban qonşuluqdan da danışmaq lazımdır. Nifrət və intiqam soyuq yeməkdir”.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ermənistan   Ordu  





Xəbər lenti