İsrail Asiya İnkişaf Bankının üzvü olub

   İsrail Asiya İnkişaf Bankının üzvü olub
  27 Sentyabr 2024    Oxunub:328
İsrailin Asiya İnkişaf Bankına (AİB) 2022-ci ildə irəli sürdüyü 69-cu qeyri-regional üzv kimi qoşulmaq müraciəti təsdiqlənib.
Bu barədə AİB bəyanat yayıb. Bildirilir ki, bu qurumda İsraili maliyyə naziri Betsalel Smotriç təmsil edəcək.

Filippinin Asiya və Sakit Okean Universitetində çalışan iqtisadçı Viktor Abola AFP nəşrinə açıqlamasında bildirib ki, "İsrailin bu addımı ənənəvi tərəfdaşlarından (ABŞ və Avropa ölkələri) əlavə yeni müttəfiqlər qazanmaqdır".

Mərkəzi Filippinin paytaxtı Manilada yerləşən, hazırda 69 üzvə malik bankın əsas investorları hər biri 22,23 milyard dollar kapitalla Yaponiya və ABŞ-dir. 1999-cu ildən bəri Azərbaycan da bu bankın üzvüdür.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Asiya-İnkişaf-Bankı   üzvlük  





Xəbər lenti