Lukaşenko sanksiyaları faşizm adlandırıb

Lukaşenko sanksiyaları faşizm adlandırıb
  27 Sentyabr 2024    Oxunub:1121
"Qərb dövlətlərinin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar faşizmdir".
AzVision.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, Qərbin sanksiyalarının təkcə şəxsən prezidentə deyil, bütün belaruslara qarşı tətbiq edildiyini bildirib.
Eyni zamanda, Belarusun dövlət başçısı düşmənlərinə sual da ünvanlayıb. O, deyib: "Necə olub ki, Qərb xəstə insanlar üçün həyati əhəmiyyətli avadanlıq və dərmanların ölkəyə gətirilməsinə qadağa qoymaq səviyyəsində aşağı düşə bilib?".
Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti