Livan XİN rəhbəri: "Gərginlik bütün regiona yayıla bilər"

      Livan XİN rəhbəri:    "Gərginlik bütün regiona yayıla bilər"
  27 Sentyabr 2024    Oxunub:309
"Bütün cəbhələrdə atəşkəs lazımdır".
Bu sözləri Livanın xarici işlər naziri Abdullah Bu-Həbib BMT Baş Assambleyasında çıxışı zamanı dilə gətirib.

"Livandakı böhran bütün Yaxın Şərqi təhlükə altına qoyur. Vəziyyət domino effekti ilə qarşısıalınmaz hala gələ bilər. Əməliyyatların aparıldığı bütün cəbhələrdə atəşkəs çağırışımızı təkrarlamaq istəyirik. Livan ABŞ ilə Fransanın İsrail və "Hizbullah" arasında dərhal atəşkəslə bağlı səylərini alqışlayır", - nazir vurğulayıb.
Baydenlə Makron İsrail və "Hizbullah"ı atəşkəsə çağırıblar - YENİLƏNİB

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib. Co Bayden və Emmanuel Makronun bu gün münaqişənin həlli istiqamətində tərəfləri atəşkəsə çağırıblar. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bu çağırışa müsbət cavab verildiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   münaqişə   atəşkəs  





Xəbər lenti