FHN-dən açıqlama: 140 nəfər xilas edilib

FHN-dən açıqlama: 140 nəfər xilas edilib
  11 Aprel 2015    Oxunub:1477
Fövqəladə Hallar Nazirliyi Bakıda doqquz mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti