Masazırda evdə partlayış olub

Masazırda evdə partlayış olub
  10 Aprel 2015    Oxunub:1527
Masazırda yaşayış evində partlayış baş verib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:32-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti