Günəş tutulanda “selfie” çəkmək olmaz

Günəş tutulanda “selfie” çəkmək olmaz
  20 Mart 2015    Oxunub:2984
Mütəxəssislər günəş tutulması ilə əlaqədar bu gün selfie çəkməməyi məsləhət görüb.
AzVision.az Türkiyə mtəbuatına istinadən xəbər verir ki, bunun səbəbi günəşə birbaşa baxmağın gözə ziyan olması ilə bağlıdır. Belə ki, İngiltərənin Göz həkimləri Kollecinin açıqlamasına görə, günəşdən gələn radiasiya gözün işığa həssas təbəqəsində yanıqlar əmələ gətirə bilər.

Qeyd edək ki, günəş tutulması Ayın Yer ətrafında hərəkəti zamanı Günəşlə Yerin arasından keçməsi nəticəsində baş tutur. Bu gün baş tutacaq bu hadisə saat 11:40-da başlayıb. 13:44-də maksimuma çatacaq Günəş tutulması 15:48-də başa çatacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti