Ateist baş nazir Putinlə görüşə gedir

Ateist baş nazir Putinlə görüşə gedir
  17 Mart 2015    Oxunub:2421
Yunanıstanın baş naziri Aleksis Çiprasaprelin 8-də Rusiyaya səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” baş nazirin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfəri zamanı Çiprasın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Yunanıstanın Radikal Solçu Partiyası olan SYRIZA partiyası iqtidara gələcəyi təqdirdə kreditorlarla körpüləri dağıdacağını və kəmər sıxma proqramından imtina edəcəklərini bildirmişdi. Mütəxəssislər bunun Avropada "domino" təsiri yaradaraq Avro Qurşağının dağılmasını gündəmə gətirəcəyini bildirirlər. Avropada SYRİZA-nın rəhbəri Aleks Çipras "Avropanın ən təhlükəli siyasətçisi" olaraq tanınır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti