Paytaxt dəyişdirilir – 45 milyarda
Yeni paytaxtın salınmasının 5-7 il ərzində reallaşacağı gözlənilir. Layihənin dəyəri 45 milyard olduğu bildirilir.
Misirin infrastruktur naziri Mustafa Madbulanın sözlərinə görə, şəhər Sinqapur böyüklüyündə olacaq və yeni paytaxta bütün nazirliklər, səfirliklər köçürüləcək. Bundan əlavə yeni paytaxtda milyondan çox evin tikiləcəyi planlaşdırılır.
Paytaxtın köçürülməsi ilə bağlı ideya Qahirənin əhalisinin sayının sürətlə artması fonunda baş verib. Belə ki, hazırda Qahirədə 20 milyondan çox insan yaşayır. Yaxın 40 ildə paytaxt əhalisinin iki dəfə artacağı proqnozlaşdırılır. Madbullanın sözlərinə görə, yeni şəhərin əhalisinin sayı 5 milyona çatır.
Eldar Tanrıverdiyev
AzVision.az