İki qalaktikanın toqquşma anı – FOTO

İki qalaktikanın toqquşma anı – FOTO
  11 Mart 2015    Oxunub:2824
Astrofiziklər iki qalaktikanın toqquşmasının əks olunduğu unikal foto çəkə biliblər.

Amerikalı astrofizik Freyzer Ouen (Frazer Owen) bildirib ki, Abell 2256 qalaktikalar toplusunda baş verən toqquşmanın əks olunduğu bu fotodan çox faydalı biliklər əldə etmək mümkündür. Belə ki, qalaktikalar toqquşarkən hansı unikal fiziki proseslərin getdiyini öyrənmək olar.

Abell 2256 qalaktika toplusu bizə ən yaxın qalaktika toplusudur – aramızda 800 milyon işıq ili məsafə var. Orada bir-biri ilə toqquşmaqda olan 500-dən çox qalaktika var. Bu, çox möhtəşəm bir prosesdir: kosmik miqyaslı partlayışlar, şüalanmalar baş verir, yeni ulduzlar yaranır...

AzVision.az


Teqlər:  





Xəbər lenti