Kremldən Bakı və İrəvana Qarabağ çağırışı
“Vəziyyət qeyri-sabit olaraq qalır. İlin əvvəlindən təmas xəttində özünü göstərən kəskinləşmədən sonra fevralın ikinci yarısında nisbi sakitlik yaranmışdı. Bunu ATƏT-in şəxsi nümayəndəsi Kasprşik də təsdiqləyib. Ancaq martın ilk günlərindən gələn xəbərlər situasiyanın təzədən gərginləşdiyini göstərir. Təəssüf ki, itkilər var” – deyib XİN nümayəndəsi.
“Biz tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirən addımlara yol verməməyə, 10 avqust 2014-cü ildəki Soçi bəyannaməsində bəyan edildiyi kimi, konfliktin dinc yolla nizamlanmasına sadiq qalmağa çağırırıq”, - deyə Lukaşeviç qeyd edib.
Teqlər: