Avropadan Yanukoviçə növbəti zərbə

Avropadan Yanukoviçə növbəti zərbə
  05 Mart 2015    Oxunub:1461
Avropa İttifaqı Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının mətbuat xidmətinin bəyanatında deyilir. “Şura aktivlərin dondurulması və Ukraynanın qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin qaytarılmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ilin martında V. Yanukoviçin, onun ailə üzvlərinin və Ukraynanın bəzi keçmiş dövlət məmurlarının Avropa banklarındakı vəsaitlərini dondurub. Ukraynanın yeni hakimiyyəti eks-prezidenti ümumilikdə 3 milyard dollar həcmində mənimsəmədə ittiham edir.


Teqlər:  





Xəbər lenti