Stress insan üçün xeyirli imiş - Maraqlı

Stress insan üçün xeyirli imiş - Maraqlı
  21 Fevral 2015    Oxunub:4072
Bəzi hallarda stress orqanizmə müsbət təsir göstərə bilər və insanda özünə inam yaradaraq vacib sistemləri fəallaşdırar.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, belə nəticəyə bir qrup Britaniya alimi gəlib.

Stress təkcə dünyaya əsasən pozitiv tərəfdən yanaşan nikbin insanlara müsbət təsir göstərir. Bədbinlərə isə stress əksinə, əlavə təzyiq olur, verilən tapşırığın öhdəsindən gəlməyə mane olur.

Alimlər güman edirlər ki, az miqdarda stress halları istənilən adama əla təcrübə ola bilər. Əbəs yerə deyil ki, insanı “komfort zonası”ndan çıxaran treninqlər bu qədər populyarlaşıb. Məhz vəziyyətin qeyri-standartlığı ətalətdən qopmağa və çətin problemin həllinin yeni yaradıcı yolunu tapmağa kömək edir.

Alimlər insanlara stress faktorlarının öz orqanizmlərinə təsirini məhdudlaşdırmağı məsləhət görürlər. Həddən artıq işləmək, tapşırıqlarla daim yüklənmək nikbinlərin də, bədbinlərin də səhhətinə neqativ təsir göstərir.




Teqlər:





Xəbər lenti