Papaq kişilik rəmzidirmi? - Tanınmışların rəyi

Papaq kişilik rəmzidirmi? - Tanınmışların rəyi
  20 Fevral 2015    Oxunub:8830
Vaxt var idi, Azərbaycanda papaq kişiliyin rəmzi sayılırdı. Bəylər, xanlar haradasa əyləşərkən, hətta yanlarında papaqları üçün ayrıca stul da qoyardılar. Ancaq zaman keçdikcə insanların bu cür dəyərlərə baxışı bir qədər dəyişir. Müasir gənclər hesab edir ki, papaq kişilik simvolu ola bilməz, bir şey ki, onu pul verib alırsan....

AzVision.az “Papaq kişilik rəmzidirmi?” sualına cavab tapmağa çalışıb.

Tanınmış şair Baba Vəziroğlu hesab edir ki, kişilik papaqla ölçülmür.

“Bunların hamısı nağıldır, ciddi yanaşmaq lazım deyil. Novruz bayramında papaq atıblar ki, əyləncə üçün, bir- iki şirniyyat, qoz alsınlar. Onda belə çıxır ki, o zaman bütün kişilərimiz qeyrətsiz olub?

Yeri gəlmişkən onu deyim ki, artıq bir əsrə yaxındır ki, Azərbaycanda qış fəslini çıxmaq şərti ilə papaq taxmırlar. Deməli bizim təzə nəsil də qeyrətsizdir? Onlar da papaq taxmırlar. Mənə elə gəlir ki, qeyrət belə atributlarla ölçülməz. Qeyrət maddiyatla bağlı ola bilməz, o bir mənəviyyatdır. Ona görə də papağı at, istəyirsən gey və ya geymə. Heç bir dəxli yoxdur.

Afrikada bir çox qəbilələr ümumiyyətlə çılpaq gəzirlər. Belə çıxır ki, onların nə qeyrəti, mənəviyyatı var. Bilirsiniz belə söhbətlər bekarçılıq olanda meydana gəlir. Görünür, Folklor İnstitunda iş-güc yoxdur ki, belə mövzuları ortaya atırlar.

İnsanın nə qədər iş gücü qurtarmış ola ki, Novruz bayramının adət -ənənlərini, papağ atmanı təftiş edə. İndi tarixi inkişafın müəyyən mərhələsində bunları xalq özü üçün yaradıb ki, bir bayram əhval -ruhiyyəsi yaransın. 21-ci əsrdə bunları təftiş etməyin nə mənası var ki?”

Tibb elmləri namizədi Rəşid Mahmudov da kişiliyin papaqla heç bir əlaqəsinin olmadığını hesab edir:

“Azərbaycanda qeyrətmi qalıb? Əgər sənin Qarabağın gedibsə, hansı kişilikdən danışmaq olar. Mən başıma papaq qoymuram. Qoymuram ona görə ki, mənim yurdum talan olunub. Qeyrət var mı ki, rəmzi də ola”.

Şair Aqşin Yenisey bu cür düşünən insanları anormal adlandırır:

“Papağı qeyrət rəmzi hesab etmək boş-boş şeylərdir. Bu cür insanları mən anormal dövrün dahiləri hesab edirəm”.

Folklorşünas Məhərrəm Qasımlı isə qeyd edir ki, qeyrət rəmzi yaşlı insanların papağı sayıla bilər.

Onun sözlərinə görə, hər başa qoyulan papaq qeyrət simvolu ola bilməz.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti