Yol qəzası: 5 ölü, 13 yaralı

Yol qəzası: 5 ölü, 13 yaralı
  20 Fevral 2015    Oxunub:1706
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 42-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 52 nəfər tutulub.


Teqlər:





Xəbər lenti