Lukaşenkodan azərbaycanlı şairə mükafat

Lukaşenkodan azərbaycanlı şairə mükafat
  18 Fevral 2015    Oxunub:2254
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun “Fransisk Skorina” medalı ilə təltif olunması barədə fərman imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ç.Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.


Teqlər:





Xəbər lenti