Tanınmış erməni biznesmen intihar etdi

Məlumata əsasən, "Levon Amirxanyan" MMC-nin direktoru Abram Amirxanyan fevralın 16-da mənzilinin yataq otağında tapançadan atəş açmaqla intihar edib.
Qeyd edək ki, 61 yaşlı sahibkarın 2005-ci ildə qurduğu şirkət çoxotaqlı, çoxfunksiyalı binaların tikintisi ilə məşğul olur. Son vaxtlar şirkətin maliyyə çətinlikləri müşayiət olunub. MMC-nin tikdiyi mənzillərin sahibləri aldıqları evlərinə yerləşə bilmirdilər. Çünki mənzillərin bankda girov qoyulub.
Eldar Tanrıverdiyev