Züqanov: “Azərbaycandan çox şey öyrənilməliyik”

Züqanov: “Azərbaycandan çox şey öyrənilməliyik”
  16 Fevral 2015    Oxunub:2786
Rusiya və Azərbaycanın bir-birindən öyrənməli şeyləri var.

AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Bakı səfəri ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Biz xüsusi olaraq Azərbaycana getdik. Çünki biz bir-birimizdən çox şey öyrənə bilərik. Azərbaycandan çox şey öyrənmək olar. Məhz orada ilk dəfə vətəndaş müharibəsi baş verdi. Mən Heydər Əliyevi şəxsən tanıyırdım. O, Azərbaycana qayıtdığı zaman ilk olaraq qiyamçıların yanına gedib, bir neçə günə bu məsələni həll edib. Həmin vaxt hər bir rəhbərin öz ordusu var idi, küçədə gəzmək mümkün deyildi. Heydər Əliyev elementar nizam yaratdı, o pravoslav bayramına qatıldı və ölkədən rusların getməməsi üçün onlarla danışdı. İndi isə oğlu İlham Əliyev atasının işini davam etdirir” – deyə, Züqanov vurğulayıb.

Rusiya kommunistlərin liderinin sözlərinə görə, Bakı regionun ən gözəl paytaxtlarından biridir: “Azərbaycan neftin oliqarxlar tərəfindən tutulmadığı ölkədir. Əgər Rusiya ilə hazırkı əlaqələr barədə danışsaq, onların birmənalı olaraq ATƏT-də nümayəndə heyətimizi dəstəklədiyini xatırlayın. Bu gün Respublikada rus-dili dərsləri qadağan edilməyib. Mən məktəblərdən birində oldum və 5-ci siniflərin Rus-dilində gözəl yazmalarının şahidi oldum”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti