Putinin inanılmaz sərvəti - 200 milyard dollar

CNN kanalında Ferid Zekariyanın suallarına cavab verən Brovder belə deyib. Onun fikrincə, Putin dünyanın ən zəngin insanıdır.
“Rusiyada 14 ildir iqtidardadır. Ölkə çox pul qazanıb. Bu pullar məktəblərə, yollara xərclənmədir. Hamısı İsveçrədəki bank hesablarındadır".
Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident olmasından sonra oğurlaya bildiyi qədər pul oğurladığını iddia edib.
Xatırladaq ki, dünyanın ən zəngin adamı "Microsoft"un qurucusu Bill Qeytsdir. Onun 79 milyard dolları var. (Ans)
Teqlər: