Türkiyənin bu ölkədəki səfirliyi bağlandı

Türkiyə Xarici İşlər Nazirliyinin bu barədə 14 fevral tarixində qərar verdiyi bildirilir. Səfirliyin fəaliyyətinin müvəqqəti dayandırılmasının səbəbi isə Yəməndə bir neçə gündür davam edən gərginlikdir.
Nazirlik həmçinin ölkə vətəndaşlarına müraciət edib, onlara Yəmənə səfərlərini təxirə salmağa çağırıb.
Qeyd edək ki, artıq Böyük Britaniya, İtaliya, Fransa və ABŞ Yəməndəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıblar.
Fatimə Kərimli