Bakı ermənilərindən Azərbaycana xəyanət

Bakı ermənilərindən Azərbaycana xəyanət
  16 Fevral 2015    Oxunub:6571
Əslən Bakıdan olan bir qrup erməni Konqresdə keçirilən dinləmələrdə iştirak edib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, ermənilər Konqresdə çıxışı zamanı 1988-90-cı illərdə Bakı, Sumqayıt, Gəncədə baş verən “hadisə”lərdən danışıb.

Ermənilər həmçinin senatorları Dağlıq Qarabağ sakinlərinə dəstəyi gücləndirməyi də çağırıb.

Qeyd edək ki, Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olub. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub[1]. Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti