İŞİD 21 nəfəri edam etdi

İŞİD 21 nəfəri edam etdi
  16 Fevral 2015    Oxunub:2385
Özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu ekstremist qruplaşmanın silahlıları tərəfindən Liviyada oğurlanmış qibti məzhəbli 21 misirli edam edilib.
Bu barədə Misirin dövlət televiziyası məlumat yayıb.

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 7 günlük matəm elan edib və bu faciə ilə əlaqədar Misir xalqına başsağlığı verib. Ölkə rəhbərliyi yaranmış vəziyyəti müzakirə etmək üçün Milli Müdafiə Şurasının təcili iclasının keçirilməsinə dair qərar qəbul edib.

Qeyd edək ki, terrorçular 21 misirli əsirin edamının videoyazısını yayıblar.


Teqlər:





Xəbər lenti