İtaliya səfirliyi fəaliyyətini dayandırdı

Bildirilib ki, son günlər Yəməndə yaşanan gərginlik və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi səbəbindən paytaxt Sənada fəaliyyət göstərən diplomatik nümayəndəliyin əməkdaşlarının və səfirin İtaliyaya qayıtmasına dair qərar qəbul olunub.
Qeyd edək ki, artıq Böyük Britaniya, Fransa və ABŞ Yəməndəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıblar.