Obama, Merkel və Poroşenko narahatdır

Obama, Merkel və Poroşenko narahatdır
  15 Fevral 2015    Oxunub:2355
ABŞ prezidenti Barak Obama Ukraynada baş verən hadisələrlə bağlı Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı aparıb.

Ağ Evin açıqlamasına görə Obama Merkel ilə danışığında Ukraynanın Şərq regionlarında bu gündən etibarən tətbiq olunan atəşkəsi müzakirə ediblər. Hər iki lider xüsusilə Debaltsevo qəsəbəsi və ətrafında baş verən qarşıdurmalardan narahatlıqlarını bildirib. Telefon danışığında tərəflərin Minsk razılaşmasına əməl edərək atəşkəsi təmin etmələrinə toxunulub. Obama münaqişənin həlli istiqamətində Merkelin səylərinə görə təşəkkür edib.

Obama Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığında qarşıdurmalar nəticəsində Ukrayna vətəndaşları arasındakı itkilərə görə başsağlığı verib və xüsusilə Debaltsevo və ətrafında davam edən qarşıdurmalarla bağlı dərin narahatlığını dilə gətirib.


Teqlər:





Xəbər lenti